SON DƏQİQƏ

Tramp tərəfdaşlarını HƏDƏLƏDİ

Tarix:

12-07-2018, 14:43

/ 10 291 dəfə oxundu.
Tramp tərəfdaşlarını HƏDƏLƏDİ

ABŞ Prezidenti Donald Tramp tərəfdaşlarını NATO-dan çıxmaqla hədələyib.

GunAz.az xəbər verir ki, bunu Almaniyanın "dpa" agentliyinə sammitdə iştirak edən və adının açıqlanmasını istəməyən mənbələr bildirib.

"Əgər Alyansa üzv dövlətlər müdafiə xərclərini dərhal Ümumi Daxili Məhslun 2 faizinə qədər qaldırmasalar, amerikalılar öz maraqlarına uyğun olaraq iş aparacaqlar", - D.Tramp Brüsseldə NATO sammitində vurğulayıb. 

Qeyd edək ki, Almaniya müdafiə xərclərini Vaşinqtonun tələb etdiyi həcmdə artırılmasına vəd verməkdən imtina edib. Rəsmi Berlin müdafiə xərclərini 2024-ci ilə qədər ÜDM-in 1,5%-nə qədər artırmağı planlaşdırır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ