SON DƏQİQƏ
» » Aİ-dən Qarabağ ÇAĞIRIŞI: “İlkin şərtlər olmadan…”

Aİ-dən Qarabağ ÇAĞIRIŞI: “İlkin şərtlər olmadan…”

Tarix:

12-07-2018, 08:18

/ 10 234 dəfə oxundu.
Aİ-dən Qarabağ ÇAĞIRIŞI: “İlkin şərtlər olmadan…”

Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Federika Moqerini Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərini ilkin şərtlər olmadan danışıqlara çağırıb.

GunAz.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının diplomatiya xidməti Federika Moqerini və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşdən sonra açıqlama yayıb.

“Görüş əsnasında F.Moqerini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini bir daha dəstəkləyib. Bu kontekstdə tərəflərin Minsk Qrupunun həmsədrlərinin himayəsi altında ilkin şərtlər olmadan tam şəkildə danışıqlarda iştirak etməsi son dərəcə vacibdir", bəyanatda vurğulanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ