SON DƏQİQƏ

Gürcüstanda daha 3 nazir işdən çıxarılır

Tarix:

10-07-2018, 20:46

/ 10 349 dəfə oxundu.
Gürcüstanda daha 3 nazir işdən çıxarılır

Gürcüstan hökumətində yeni dəyişikliklər ediləcəyi və daha üç nazirin vəzifəsindən uzaqlaşdırılacağı gözlənilir.
GunAz.az AzərTac-a istinadən xəbər verir ki,  Artıq bununla bağlı müzakirələr aparılır. Parlamentin deputatları bildirirlər ki, qanunverici orqan yeni Baş nazir Mamuka Baxtadzenin hökumətdəki struktur dəyişiklikləri və ölkənin iqtisadi inkişafı ilə əlaqədar proqramını təsdiq etdikdən sonra yeni hökumətdə əvvəlki kimi 14 deyil, 11 nazirlik qalıb. M.Baxtadzenin bir müddət əvvəl təqdim etdiyi nazirlərin də bəzilərinin dəyişiləcəyi gözlənilir.

Elm, təhsil və mədəniyyət naziri vəzifəsinə Biznes Universitetinin rektoru Mixail Batiaşvilinin gətiriləcəyi bildirilir. Hazırkı nazir Mixail Çxenkeli isə onun müavini ola bilər.

İqtisadiyyat və davamlı inkişaf naziri postunu isə Georgi Kobuliyanın tutacağı gözlənilir. G.Kobuliya Rusiyada özəl sektorda bizneslə məşğul olub.

Maliyyə naziri vəzifəsinə isə “Gürcüstan Bank”ın sabiq baş direktoru Arçil Qaçeçiladzenin təyin olunacağı gözlənilir. Hökumətin yeni tərkibi bu həftənin sonuna məlum olacaq.

İyulun 11-də isə Baş nazir Mamuka Baxtadze ilə parlamentin çoxluğu arasında yeni hökumətlə bağlı sonuncu məsləhətləşmələr aparılacaq. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ