SON DƏQİQƏ

Tailandda gəmi qəzası: 41 nəfər ölüb

Tarix:

7-07-2018, 22:11

/ 10 324 dəfə oxundu.
Tailandda gəmi qəzası: 41 nəfər ölüb

Tailandda gəmi qəzası nəticəsində 41 nəfər ölüb.

GunAz.az "Report"a istinadən bildirir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə nəticəsində daha 15 nəfər itkin düşmüş sayılır. Pxuket vilayətinin qubernatorunun sözlərinə görə, daha itkin düşmüş şəxslərin 8-nin cəsədi sudan çıxarılıb.

Bu arada Tailand polisi Pxuket adası yaxınlığında cümə axşamı aşmış iki turist gəmisinin kapitanına qarşı ittihamlar irəli sürüb. Qeyd edək ki, göyərtəsində təxminən 150 nəfərin olduğu iki turist gəmisi fırtınaya düşərək, Pxuket adası yaxınlığında çevriliblər. Gəmilərdən birində 105 nəfər - 93 sərnişin və 12 heyət üzvü olub. Onlardan yalnız 49 nəfərini xilas etmək mümkün olub.

Digər gəmidə isə Çin və Avropa ölkələrinin turistləri olub. Onlar xilas olunaraq sahilə çatdırılıblar.

скачать dle 12.1

Şərhlər