SON DƏQİQƏ

İstidən ölənlərin sayı 33 nəfərə çatıb

Tarix:

5-07-2018, 23:52

/ 10 245 dəfə oxundu.
İstidən ölənlərin sayı 33 nəfərə çatıb

Kanadanın Kvebek əyalətində anomal istilikdən ölənlərin sayı 33 nəfərə çatıb. 

GunAz.az xarici mediaya istinadən xəbər verir ki, bunu bölgənin Səhiyyə naziri Lusi Şarlebua mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, əyalətin ən böyük şəhəri olan Monrealda 33 nəfərdən 18-i ölüb. "Vətəndaşlar arasında yaranan sağlamlıq problemlərinin qarşısını almaq üçün bütün tədbirləri davam etdirməliyik".

Milli Meteorologiya İdarəsindən verilən məlumata görə, Kvebek əyalətinin cənubunda, Ontario şəhərində və Kanadanın atlantik sahillərində iyun ayının 29-dan etibarən havanın hərarəti gündüz 35-40 dərəcə istiliyə qədər yüksəlib. Bu gün Kvebekdə havanın rütubəti nəzərə alınmaqla, termometr 45 dərəcəyə qədər yüksələcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ