SON DƏQİQƏ

Ruslar ayağa qalxdı - Mürtəce qanun layihəsi

Tarix:

1-07-2018, 23:56

/ 10 354 dəfə oxundu.
Ruslar ayağa qalxdı - Mürtəce qanun layihəsi

Rusiyanın bir neçə şəhərində əhali pensiya yaşının artırılmasını nəzərdə tutan qanun layihəsinə etiraz olaraq aksiya keçirib.

GunAz.az xəbər verir ki, Korrupsiyaya qarşı Mübarizə Fondunun prezidenti Aleksey Navalnının çağırışlarından sonra aksiyalar daha da şiddətlənib.

İrkutsk, Vladivostok, Habarovsk, Omsk, Orenburq, Çelyabinsk və Tver başda olmaqla 30-dan çox şəhər və rayonda aksiyalar keçirilib.

Futbol üzrə dünya çempionatının keçirildiyi Moskova və digər 10 şəhərdə aksiyaların keçirilməsinə icazə verilməyib.

Rusiya Kommunist Partiyası və Rusiya Liberal Demokrat Partiyasının da dəstəklədiyi aksiyalar insidentsiz ötüşüb.

Qanun layihəsində kişilər üçün pensiya yaşının 60-dan 65-ə, qadınlar üçün isə 55-dən 63-ə qaldırılması nəzərdə tutulub. Qanun layihəsi iyunun 14-də Dumaya verilib.(Teleqraf.com)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ