SON DƏQİQƏ

Saakaşviliyə 6 il həbs cəzası verildi

Tarix:

28-06-2018, 20:37

/ 10 280 dəfə oxundu.
Saakaşviliyə 6 il həbs cəzası verildi

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili barəsində 6 il müddətinə qiyabi həbs cəzası çıxarıb. 

GunAz.az "Report"a istinadən xəbər verir ki, o, 2005-ci ildə deputat Valeri Gelaşvilinin döyülməsinə dair cinayət işində təqsirli bilinir.

 

İstintaq müəyyənləşdirib ki, 2005-ci ilin iyununda "Rezonansi" qəzetində "Valeri Gelaşvili öz evini Saakaşviliyə verəcək" başlıqlı məqalə dərc edildikdən sonra M.Saakaşvili o vaxtkı daxili işlər naziri Vano Merabişviliyə V.Gelaşvilini döyməyi tapşırıb. 

 

Bildirilib ki, M.Saakaşvilinin tapşırığı 2005-ci il iyulun 14-də həyata keçirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ