SON DƏQİQƏ

Kim Çen generalı edam etdirdi

Tarix:

27-06-2018, 22:58

/ 10 280 dəfə oxundu.
Kim Çen generalı edam etdirdi

Şimali Koreyada ölkənin rəhbəri Kim Çen İnin göstərişi əsasında general-leytenant Xyon Çu Son edam edilib.

Gunaz.az Oxu.az-a istinadən xəbər verir ki, yüksək çinli zabiti Pxenyanda, Hərbi Akademiyanın ərazisində güllələyiblər. O, "səlahiyyətlərini aşmaqda”, "düşmənə vasitəçilik etməkdə” və "kompartiyaya qarşı fəaliyyətdə” təqsirli bilinib.

Nəşrin məlumatına görə isə əsl səbəb generalın tabeçiliyində olan hərbçilər və onların ailələlərinə əlavə ərzaq azuqələri verməsidir. Hərbi xidmətçilər əlavə bir neçə ton yanacaq, 580 kiloqram izafi düyü və 750 kiloqram izafi qarğıdalı ilə təmin olunub. Bu isə Kim Çen İnin hiddətinə səbəb olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ