SON DƏQİQƏ

ABŞ Türkiyəni seçim qarşısında qoydu

Tarix:

27-06-2018, 14:52

/ 10 203 dəfə oxundu.
ABŞ Türkiyəni seçim qarşısında qoydu

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Vess Mitçell xəbərdarlıq edib ki, Ankara Rusiyadan S-400 zenit-raket kompleksi alsa, Türkiyəyə F-35 döyüş təyyarələrinin verilməsi ilə bağlı saziş təhlükə altında qalacaq. 

Gunaz.az  xəbər verir ki, o, bunun Donald Tramp tərəfindən 2017-cü il avqustun 2-də imzalanmış düşmənə sanksiyaların köməyilə müqavimət göstərmək haqqında qanunun pozulması kimi qeydə alınacağını bildirib. 

“Türkiyənin Rusiya istehsalı S-400 komplekslərini alması Ankara ilə bağlanmış və F-35 qırıcılarının satışını nəzərdə tutan razılaşmanı təhlükə altına qoyacaq”, - ABŞ senatında çıxış edən Mitçell deyib. 

O, Türkiyə həbsxanalarında saxlanılan ABŞ vətəndaşları haqqında da fikirlərini bölüşüb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ