SON DƏQİQƏ

Rusiyadan Ərdoğanın qələbəsinə münasibət

Tarix:

25-06-2018, 13:54

/ 10 215 dəfə oxundu.
Rusiyadan Ərdoğanın qələbəsinə münasibət

Türkiyə bizim üçün vacib tərəfdaşdır. Birgə səylərlə Suriyada terrorla mübarizə aparırıq, bölgədə təhlükəsizliyin təmin olunması üçün addımlar atırıq.

Gunaz.Az xəbər verir ki, bu sözləri Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib.

“Bütün bunlara görə də Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsi Suriya sülh prosesi başda olmaqla, Rusiya və Türkiyə münasibətlərinin əsas nöqtələrində aşkarlıq yaradacaq”, – Slutski bildirib.

Komitə sədri Türkiyədəki seçkilərin azad və demokratik şəraitdə keçirildiyini qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ