SON DƏQİQƏ

Məşhur futbolçu deputat seçildi

Tarix:

25-06-2018, 11:36

/ 10 237 dəfə oxundu.
Məşhur futbolçu deputat seçildi

Türkiyədə keçirilən parlament seçkilərində Böyük Millət Məclisinin üzvü seçilənlər arasında məşhur futbolçu da var. 

Gunaz.az xəbər verir ki, Türkiyə millisinin sabiq futbolçusu Alpay Özalan millət vəkili seçilib. 

Özalanın namizədliyini hakim Ədalət və İnkişaf Partiyası (AKP) irəli sürüb. Keçmiş futbolçu doğulduğu İzmirin millət vəkili olub.

Qeyd edək ki, mərkəz müdafiəçisi olmuş Alpay Özalan Türkiyədə “Beşiktaş”, “Fənərbağça”, İngiltərədə “Aston Vila”, Almaniyada “Köln” kimi klubların şərəfini qoruyub. O, 1995-2005-ci illərdə Türkiyə millisi ilə doxsan matça çıxıb və dörd qola imza atıb.

Özalan 1996-cı ildəki Avropa çempionatında komandası üçün qələbə qolunu vuran xorvat Qoran Vlaoviçi yıxmadığı üçün Feyr-pley mükafatına layiq görülüb. O, 2002-ci ildəki mundialda Türkiyə millisinin bürünc medal qazanan heyətində olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ