SON DƏQİQƏ

Çoxarvadlılıq qadağan olundu - SƏRƏNCAM

Tarix:

19-06-2018, 18:11

/ 10 240 dəfə oxundu.
Çoxarvadlılıq qadağan olundu - SƏRƏNCAM

Türkmənistanda “Ailə məcəlləsi”nə daxil edilən yeni normaya əsasən, ölkədə çoxarvadlılıq qadağan olunub.

Gunaz.az xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov “Ailə məcəlləsi”nə əlavə və dəyişikliklərlə bağlı qanunu imzalayıb.

Məcəllənin 7-ci maddəsinə əsasən, çoxarvadlılıq qadağan edilib.

“Çoxarvadlılıq dedikdə iki və ya bir neçə qadınla eyni zamanda bir yerdə ümumi təsərrüfat yaratmaq nəzərdə tutulur”, – dəyişiklikdə qeyd olunub.

Yeni qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək. Bu qanunu pozanlar iki ilədək azadlıqdan məhrum ediləcək.

Cari ilin əvvəlində isə Türkmənistan prezidenti Qrubanqulu Berdıməhəmmədov televiziyada seks, zorakılıq və pis vərdişlərlə bağlı səhnələrin yayımlanmasını qadağan edən qanun imzalayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ