SON DƏQİQƏ

ABŞ-dan TANAP-a dəstək

Tarix:

12-06-2018, 17:41

/ 10 345 dəfə oxundu.
ABŞ-dan TANAP-a dəstək

ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk  Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) bölgəyə verəcəyi töhfəni dəyərləndirib. 

Gunaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Oudkirk layihənin Cənub Qaz Dəhlizi layihəsinin böyük bir hissəsi olduğunu vurğulayıb.

O bildirib ki, TANAP-ın regional enerji bazarlarında rolu əhəmiyyətlidir:

“Bu layihə Azərbaycan qazını alacaq ölkələr üçün bazarda seçim imkanları yaradır. Digər tərəfdən, ölkənin təmin etdiyi enerji təhlükəsizliyinə güclü töhfədir. ABŞ-ın layihə üzrə birbaşa sərmayəsi olmasa da, TANAP-ı dəstəkləyirik. Çünki bu, resurs diversifikasiyasına və təhlükəsizliyin təmin edilməsinə kömək edir”.

O qeyd edib ki, dünyada çətinliklər baş verərkən TANAP-ın istismara verilməsi qlobal olaraq inkişaf sayılır:

“TANAP Azərbaycan qazını yeni bazarlara daşıması baxımından da əhəmiyyətli layihədir. Müttəfiq və tərəfdaşlarımızın enerji təhlükəsizliyi bizim üçün önəmlidir”. /Oxu.Az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ