SON DƏQİQƏ
» » “Böyük dəyişikliklər olacaq” - Tramp və Kim Çen saziş imzaladı

“Böyük dəyişikliklər olacaq” - Tramp və Kim Çen saziş imzaladı

Tarix:

12-06-2018, 10:41

/ 10 238 dəfə oxundu.
“Böyük dəyişikliklər olacaq” - Tramp və Kim Çen saziş imzaladı

ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn Sinqapurda yekun sənədə imza atıblar.

Teleqraf.com xəbər verir ki, həmin anı ABC kanalı canlı yayımlayıb.

Hər iki lider yekun razılaşmanı “əhatəli sənəd” adlandırıblar.

İmzalama mərasiminin gedişində Tramp dəfələrlə Kimə təşəkkür edib və danışıqları “fantastik” adlandırıb:

“Münasibətlər (ABŞ və Şimali Koreya arasında-red) keçmişdəkindən fərqli olaraq dəyişəcək. Biz birlikdə işləmək istəyirik, bizim xüsusi əlaqəmiz yaranıb”.

Şimali Koreya lideri müqaviləni “tarixi sənəd” adlandırıb. Kim Çenin sözlərinə görə, razılaşma yeni başlanğıcdan xəbər verir:

“Biz böyük dəyişikliklər görəcəyik”.

Sammit çərçivəsində diqqət çəkən mənzərədən biri də Trampın Kimə öz limuzinini - “The Beast”i göstərməsi olub.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ və Şimali Koreya liderləri arasında sammit keçirilib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ