SON DƏQİQƏ
» » Avropa dünya çempionatını boykot etməyə hazırlaşır

Avropa dünya çempionatını boykot etməyə hazırlaşır

Tarix:

11-06-2018, 23:46

/ 10 349 dəfə oxundu.
Avropa dünya çempionatını boykot etməyə hazırlaşır

Avropa parlamentinin deputatları Rusiyada keçiriləcək dünya çempionatını diplomatik boykot etməyə çağıran qətnaməni qəbul etməyə hazırlaşır.

Gunaz.az xəbər verir ki, bu haqda jurnalist Rikard Yozvyak öz “Twitter” hesabında məlumat yayıb.

“Avropa parlamenti böyük ehtimalla Rusiyadakı insan haqları ilə bağlı qətnamədə beynəlxalq ictimaiyyəti dünya çempionatını boykot etməyə çağıracaq. Sənədin iyunun 14-də qəbul olunacağı gözlənilir”, - deyə jurnalist yazır.

Rəsmi olaraq Böyük Britaniya artıq DÇ-2018-i boykot edib. Keçmiş rusiyalı casus Serqey Skripalın zəhərlənməsi ilə bağlı qalmaqal fonunda Britaniya Rusiyaya yollanacaq nümayəndə heyətinin tərkibini əhəmiyyətli dərəcədə azaldıb.

Diplomatik boykot kampaniyasına İslandiya, Polşa və Avstraliya hökumətləri də qoşulub.(Oxu.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ