SON DƏQİQƏ
» » Kadırov Salahı Qroznıda məşqə çıxardı - VİDEO

Kadırov Salahı Qroznıda məşqə çıxardı - VİDEO

Tarix:

11-06-2018, 09:10

/ 10 308 dəfə oxundu.
Kadırov Salahı Qroznıda məşqə çıxardı - VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırov futbol üzrə Misir yığmasının ulduzu Məhəmməd Salahı Qroznıda “Ahmat Arena” stadionunda məşqə çıxarıb.

Oxu.Az-ın məlumatına görə, Misirin keçirdiyi açıq məşqi 8 minə yaxın azarkeş izləyib.

Salah meydançaya çıxsa da, komandası ilə birlikdə məşq etməyib.

"Söz verirəm dünya çempionatının başlamasına hazır olmaq üçün əlimdən gələni edəcəm. Özümü yaxşı hiss edirəm. Xalqım üçün bütün mümkün olanları edəcəm”, -  Salah deyib.

Misir yığması qrup mərhələsində Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvayla qarşılaşacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ