SON DƏQİQƏ

Daha bir İspaniya regionu müstəqillik istəyir

Tarix:

10-06-2018, 22:58

/ 10 374 dəfə oxundu.
Daha bir İspaniya regionu müstəqillik istəyir

İspaniyanın şimalında Basklar Ölkəsində on minlərlə insan 202 kilometr uzunluğunda canlı zəncir yaradaraq müstəqillik barəsində regional referendumun keçirilməsini tələb ediblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Reuters məlumat yayıb.

Bildirilir ki, insanlar San-Sebastyan şəhərindən Vitoriyada Basklar Ölkəsinin parlamentinə qədər düzülüblər.

Aksiya “Bizim əllərimizdədir” təşkilatı tərəfindən hazırlanıb.

Qeyd edilir ki, 1978-ci ildə qəbul edilən İspaniya Konstitusiyasına əsasən, ölkə bölünməzdir.

Xatırladaq ki, bundan əvvəl İspaniyanın şimal-şərq regionu – Kataloniya birtərəfli şəkildə İspaniyanın tərkibindən çıxmasına dair referendum keçirərək müstəqilliyini elan etmişdi. Lakin faktiki olaraq bölgə bu günə qədər müstəqil ola bilməyib.

Politoloqlar bildirirlər ki, İspaniya son bir neçə on illiyin ən böyük siyasi böhranını yaşayır.

скачать dle 12.1

Şərhlər