SON DƏQİQƏ

Kim Trampdan əvvəl baş nazirlə görüşdü

Tarix:

10-06-2018, 19:33

/ 10 326 dəfə oxundu.
Kim Trampdan əvvəl baş nazirlə görüşdü

Şimali Koreya lideri Kim Çen In Sinqapurun baş naziri Li Syan Lunla görüşüb.

Gunaz.az bildirir ki, danışıqlar zamanı Kim Çen İn ABŞ prezidenti Donald Trampla keçiriləcək görüşünün təşkilinə görə Sinqapurun Nazirlər Kabinetinin sədrinə təşəkkürünü bildirib.

Görüşdə ikitərəfli əlaqələr, eləcə də Koreya yarımadasındakı son vəziyyət müzakirə edilib. Sinqapurun baş naziri ABŞ prezidenti ilə Şimali Koreya lideri arasında planlaşdırılan görüşün yarımadada, ümumiyyətlə isə regionda sülhə və stabilliyə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In ABŞ Prezidenti Donald Tramp ilə görüşmək üçün bu gün Sinqapura səfərə gəlib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ