SON DƏQİQƏ
» » İsraildən növbəti vəhşilik - 2 ölü, 600-dən çox yaralı

İsraildən növbəti vəhşilik - 2 ölü, 600-dən çox yaralı

Tarix:

8-06-2018, 22:19

/ 10 313 dəfə oxundu.
İsraildən növbəti vəhşilik - 2 ölü, 600-dən çox yaralı

Bu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 2 nəfər ölüb.

Gunaz.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

“Bu gün Qəzzanın şərq sərhədində toqquşmalar nəticəsində 2 nəfər ölüb, daha 600-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb”, deyə Əşrəf əl-Kidra qeyd edib.

İsrail tərəfinin hesablamalarına görə, bugünkü aksiyada 10-dək etirazçı iştirak edib.

Qeyd edək ki, martın 30-dan etibarən fələstinlilər Qəzza zolağının sərhədində Böyük Qayıdış Yürüşünə başlayıb. Yürüşdə məqsəd dünya ictimaiyyətinin diqqətini müxtəlif illərdə hazırkı İsrail ərazisində öz evlərindən qovulmuş fələstinlilərin probleminə cəlb etməkdir. İndiyədək İsrail hərbçiləri ilə toqquşmalarda 125 fələstinli ölüb.

скачать dle 12.1

Şərhlər