SON DƏQİQƏ

Hamburq hava limanı fəaliyyətini dayandırıb

Tarix:

3-06-2018, 23:42

/ 10 312 dəfə oxundu.
Hamburq hava limanı fəaliyyətini dayandırıb

Hamburq Beynəlxalq Aeroportu iyunun 3-də günün sonuna qədər uçuşları və reys qəbulunu dayandırıb.

Gunaz.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə aeroport rəhbərliyi "Twitter"də məlumat yerləşdirib.

Bildirilir ki, hava limanının qısa qapanma nəticəsində kəsilən enerji təchizatını bərpa etmək hələ ki, mümkün olmayıb.

Bu gün səhər saat 10.00-dan Hamburq hava limanında uçuş və enişlər cərəyanın kəsilməsi ilə nəticələnən qısa qapanmadan sonra fəaliyyətini dayandırıb.

"Hava limanı günün sonuna qədər uçuşları təxirə salmaq məcburiyyətindədir. Problemi həll etmək mümkün olmayıb. Hamburq hava limanında uçuşların təhlükəsizliyini təmin etmək üçün ehtiyat elektrik enerjisi mənbəyinə ehtiyac var", - deyə məlumatda bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ