SON DƏQİQƏ

ABŞ ordusu Mosula daxil oldu

Tarix:3-06-2018, 14:10

ABŞ ordusunun bir qrup hərbçisi ağır və zirehli texnika ilə birlikdə İraqın Mosul vilayətinin Sincar bölgəsinə daxil olub.

Teleqraf.com xəbər verir ki, Sincar bölgəsinin rəsmisi Mehman Xəlil faktı təsdiq edib.

O, deyib ki, ABŞ əsgərləri Mosulun şimal qərbində yer alan və strateji əhəmiyyətə malik Sincarda mövqe tutub.

Mehman Xəlil əlavə edib ki, ABŞ ordusu əvvəllər də Sincarda mövqe tutmaq üçün hazırlıqlar həyata keçirib.

Hazırda ordunun Sincar dağında hərbi hissə qurmağı hədəflədiyi düşünülür.

İraq mediası da dünən ABŞ əsgərlərinin 15 ədəd zirehli avtomobillə Sincar dağına getdiyi haqda informasiya verib.

Xatırladaq ki, PKK və İŞİD 2015-cü ilin avqustunda Sincarda fəaliyyətini aktivləşdirmişdi.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<