SON DƏQİQƏ

Parisdə etirazlar: 32 nəfər saxlanıldı

Tarix:

26-05-2018, 22:25

/ 10 240 dəfə oxundu.
Parisdə etirazlar: 32 nəfər saxlanıldı

Parisdə Fransa prezidenti Emmanuel Makronun siyasətinə etiraz əlaməti olaraq keçirilən aksiyada saxlanılanların sayı 32 nəfərə çatıb.

Gunaz.az xəbər verir ki, aksiyaçılar silah gəzdirməyə, aqressiv fəaliyyətə görə, yaxud zorakılıq təşkil etmək məqsədilə yaradılan qruplarda iştiraka görə saxlanılıblar.

Parisdə aksiya yerli vaxtla saat 15:00-da, (Bakı vaxtı ilə saat 17-də) başlayıb. Nümayiş əvvəlcə sakit keçib. Lakin təxminən 1 saat sonra aksiyaya vitrinləri sındıran, polislərə müxtəlif əşyalar atan qara paltarlı insanlar qoşulub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ