SON DƏQİQƏ
» » Fələstin İsraili beynəlxalq məhkəməyə verib

Fələstin İsraili beynəlxalq məhkəməyə verib

Tarix:

22-05-2018, 15:29

/ 10 284 dəfə oxundu.
Fələstin İsraili beynəlxalq məhkəməyə verib

Fələstin İsraili Haaqa Beynəlxaq Məhkəməsinə verib.

Gunaz.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bildirib.

Onun sözlərinə görə, İsrailin Fələstində törətdiyi qətllərlə bağlı sənədlər Haaqa Beynəlxaq Məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ