SON DƏQİQƏ
» » Barak Obama və həyat yoldaşı özlərinə yeni iş tapdı

Barak Obama və həyat yoldaşı özlərinə yeni iş tapdı

Tarix:

22-05-2018, 12:20

/ 10 384 dəfə oxundu.
Barak Obama və həyat yoldaşı özlərinə yeni iş tapdı

ABŞ-ın sabiq  prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama “Netfliks” şirkəti  ilə müqavilə imzalayıb.

Gunaz.az xəbər verir ki, Cütlük şirkət üçün müxtəlif formatlarda proqram hazırlayacaq.Mişel Obama məsələ ilə bağlı “Barak və mən hekayə nəql etmə gücünə inanırıq və bu bizə həmişə ilham verib” deyə fikir bildirib.

Cütlüyün təqdim edəcəyi proqramlardan bəziləri sənədli film, bəziləri TV verilişi və bəziləri də ssenarisi öncədən yazılmış serial formatında olacaq.

Obama ailəsi daha öncə də “Netfliks”də proqram istehsalı üçün  “Higher Ground Production” adlı  şirkət qurub.

Məlumat üçün bildirək ki, “Netfliks”in 117 milyon istifadəçisi var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ