SON DƏQİQƏ
» » Əfqanıstanda silahlılarla döyüşlərdə 20 polis ölüb

Əfqanıstanda silahlılarla döyüşlərdə 20 polis ölüb

Tarix:

22-05-2018, 12:13

/ 10 264 dəfə oxundu.
Əfqanıstanda silahlılarla döyüşlərdə 20 polis ölüb

Əfqanıstanın mərkəzində radikal "Taliban" hərəkatının silahlıları ilə baş verən qarşıdurmalarda azı 20 polis, o cümlədən mahalın polis rəisi ölüb.

Gunaz.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qəznə vilayətinin səlahiyyətli şəxsləri bildiriblər.

Silahlılar dünən gecə eyni anda Caqatu, Deh-Yak, Acristan, Qiro mahallarında, eləcə də Qəznə vilayətinin inzibati mərkəzi olan eyniadlı şəhərdə hökumət qüvvələrinin mövqelərinə hücum ediblər.

Əyalət şurasının üzvü Nasir Əhməd Fakirinin verdiyi məlumata görə, Deh-Yak mahalının polis bölməsinin rəisi Fayz Məhəmməd Tofan və çevik polis alayının komandiri Hacı Bərəkət ölən 20 polis əməkdaşı arasında olub.

скачать dle 12.1

Şərhlər