SON DƏQİQƏ
» » Ərdoğan Fələstin böhranını dünya liderlərilə müzakirə etdi

Ərdoğan Fələstin böhranını dünya liderlərilə müzakirə etdi

Tarix:

16-05-2018, 20:18

/ 10 325 dəfə oxundu.
Ərdoğan Fələstin böhranını dünya liderlərilə müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, İran prezidenti Həsən Ruhani ilə Fələstindəki hadisələri müzakirə edib.

Gunaz.az xəbər verir ki, R.T.Ərdoğan hər üç ölkənin lideri ilə telefonla danışıb.

Bundan başqa, Türkiyə prezidenti Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Tani, İndoneziya prezidenti Coko Vidodo, Sudan prezidenti Ömər əl-Bəşirlə də telefonla danışıb və Fələstində yaranmış vəziyyəti müzakirə edib.

Bir müddət əvvəl R.T.Ərdoğan Fələstin prezidenti Mahmud Abbas, İordaniya kralı II Abdulla, Malayziya, Küveyt və Səudiyyə Ərəbistanı liderləri ilə də telefonla danışıb və Qüds ətrafında yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.

Qeyd edək ki, mayın 18-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısı keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ