SON DƏQİQƏ
» » Türkiyədən ikinci addım - daha bir diplomat ölkədən çıxarılır

Türkiyədən ikinci addım - daha bir diplomat ölkədən çıxarılır

Tarix:

16-05-2018, 11:46

/ 10 315 dəfə oxundu.
Türkiyədən ikinci addım - daha bir diplomat ölkədən çıxarılır

Türkiyə XİN İsrailin Ankaradakı səfirindən sonra, bu ölkənin İstanbuldakı baş konsulunun da bir müddətlik ölkəsinə qayıtmasını tələb edib.

Gunaz.az Hürriyet-ə istinadla xəbər verir ki, bu barədə məlumat diplomatik mənbələrdən əldə olunub.

Ötən gün İsrail XİN-i Türkiyənin Qüdsdəki baş konsulundan ölkəni tərk etməsini tələb edib.

Qeyd edək ki, Qəzzada baş verən olaylarla bağlı Türkiyənin İsraildəki səfiri Kemal Ökem də məsləhətləşmələr üçün Ankaraya çağırılıb.

Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyi may ayının 14-də Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 61 fələstinli ölüb, 2 min 770-dən çox fələstinli yaralanıb.

скачать dle 12.1

Şərhlər