SON DƏQİQƏ

Ağ Evdən Qəzza ilə bağlı skandal açıqlama

Tarix:

14-05-2018, 23:49

/ 10 260 dəfə oxundu.
Ağ Evdən Qəzza ilə bağlı skandal açıqlama

Qəzza zolağında baş verən toqquşmalar zamanı həlak olanların məsuliyyətini HƏMAS daşıyır və İsrail burada özünü müdafiə haqqına sahibdir.

Gunaz.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilib.

“Qəzza zolağında baş verən kütləvi iğtişaşlar barədə məlumatlıyıq. Bu hadisələrə görə birbaşa məsuliyyəti HƏMAS daşıyır. HƏMAS məqsədli şəkildə belə bir provokasiyaya rəvac verir. ABŞ dövlət katibinin dediyi kimi, İsrailin özünü müdafiə etmək haqqı var”, - deyə bildirilib.

Qeyd edək ki, son məlumata görə, Qəzza zolağında İsrail hərbçilərinin atəşi nəticəsində 52 fələstinli ölüb, 2410 nəfər isə yaralanıb.(Axar.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ