SON DƏQİQƏ
» » İsrailin baş naziri Nettanı “inək” adlandırdı

İsrailin baş naziri Nettanı “inək” adlandırdı

Tarix:

14-05-2018, 21:48

/ 10 414 dəfə oxundu.
İsrailin baş naziri Nettanı “inək” adlandırdı

Tərcümə proqramı İsrailin baş nazirinin sözlərini səhv tərcümə edərək “Eurovision” təmsilçisini inək adlandırıb.

Gunaz.az xəbər verir ki, Twitterin tərcümə proqramı İsrailin baş naziri Binyamin Netanyahunun müğənni Netta Barzilaya ünvanladığı təbriki səhv tərcümə edib. Belə ki, orada olan “kapara” sözü “inək” kimi tərcümə olunub. Əslində isə baş nazir “kapara” deməklə  “Eurovision” mahnı müsabiqəsində İsraili təmsil edən və qalib olan Netta Barzilayı “xoş”, “əziz” adlandırmaq istəyib. Lakin sosial şəbəkədə bu sözün tərcüməsi inək olan “cow” kimi yazılıb.

Qeyd edək ki, Bu il Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision” mahnı yarışmasında İsrailin təmsilçisi Netta Barzilay qalib gəlib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ