SON DƏQİQƏ

İspaniyada təyyarə qəzası: 3 ölü

Tarix:

12-05-2018, 21:16

/ 10 354 dəfə oxundu.
İspaniyada təyyarə qəzası: 3 ölü

İspaniyanın Tarraqona əyalətində kiçik təyyarə qəzaya uğrayıb.

Gunaz.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kataloniyanın Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.

Qəza nəticəsində 3 nəfər həlak olub. Hadisə yerinə yanğınsöndürmə bölmələri və həkimlər cəlb edilib. Lakin onlar təyyarədəki insanların həyatını xilas edə bilməyiblər.

Ölənlərin milliyyəti müəyyən edilməyib.

Təyyarə Portuqaliyanın Kaşkayş şəhərindən Reus hava limanına doğru uçurmuş. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ