SON DƏQİQƏ

İrəvanda aksiya - Prospekt bağlandı

Tarix:

11-05-2018, 23:25

/ 10 246 dəfə oxundu.
İrəvanda aksiya - Prospekt bağlandı

İrəvanda bir qrup şəxs məhkəmənin qərarına etiraz olaraq Arşakunyats prospektini bağlayıblar.

Gunaz.az “Sputnik Armeniya”ya istinadən verdiyi xəbər verir ki, "Sasna tsrer" silahlı qrupu üzvlərinin azadlığa burxaılmaqla bağlı vəsatətinin təmin edilməməsi bir qrup şəxsin etirazına səbəb olub.

Qeyd edək ki, "Sasna tsrer" silahlı qrupunun üzvləri 2016-cı ilin iyulunda Ermənistan polisinin Erebuni rayonunda yerləşən binasını zəbt ediblər. Onlar Ermənistan prezidenti Serj Sarkisyanın istefa verməsini, həbsdə olan təşkilatın lideri və “Təsis parlamenti”nin sədri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. İki həftə davam edən qarşıdurma nəticəsində 3 polis əməkdaşı ölüb, 6-sı yaralanıb. Silahlı qrup üzvləri barəsində məhkəmə prosesi 2017-ci il, iyunun 8-də başlayıb.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ