SON DƏQİQƏ

Şimali Koreya ABŞ vətəndaşlarını azad edib

Tarix:

9-05-2018, 20:49

/ 10 343 dəfə oxundu.
Şimali Koreya ABŞ vətəndaşlarını azad edib

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ vətəndaşı olan və Şimali Koreyada saxlanılan 3 nəfəri azad edib. Onlar hazırda ABŞ-a qayıdırlar.

Gunaz.az bildirir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə özünün "Twitter" səhifəsində yazıb.

D.Tramp 3 amerikalının Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeonun KXDR-ə səfəri zamanı azad edildiyini və onunla birlikdə vətənə yola düşdüklərini yazıb. Mayk Pompeo ABŞ və Şimali Koreya liderlərinin nəzərdə tutulan görüşünün detallarını müzakirə etmək üçün Pxenyana səfər edib.

Qeyd edək ki, ABŞ vətəndaşı olan Kim Donq-çul, Kim Sanq-duk və Kim Hak-sonq bir müddətdir ki, casusluq ittihamı ilə Şimali Koreyada saxlanılırdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ