SON DƏQİQƏ
» » Forbes: Putin artıq dünyanın ən nüfuzli insanı deyil

Forbes: Putin artıq dünyanın ən nüfuzli insanı deyil

Tarix:

8-05-2018, 21:59

/ 10 332 dəfə oxundu.
Forbes: Putin artıq dünyanın ən nüfuzli insanı deyil

Rusiya prezidenti Vladimir Putin son beş il ərzində ilk dəfə olaraq "Forbes"un  dünyanın ən nüfuzlu insanlarının reytinqində liderliyini əldən verib.

Gunaz.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.

Məlumata görə, nəşrin reytinq cədvəlində birinci yerə Çinin dövlət başçısı Si Cinpin qalxıb.

Siyahını hazırlayan analitiklər, bunu Si Cinpinin başqa liderlərlə müqayisədə hakimiyyətini daha yaxşı möhkəmləndirməsi ilə əsaslandırır.

"O, Çində Mao Tzedunun dövründən bəri görülməmiş şəxsiyyətə pərəstişdən bəhrələnir", - deyə jurnalda qeyd olunur.

Vladimir Putin siyahıda ikinci yerə düşüb, ABŞ prezidenti Donald Tramp isə ilk üçlüyü tamamlayır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ