SON DƏQİQƏ

Az qala onu vuracaqdıq...

Tarix:

5-05-2018, 21:02

/ 10 291 dəfə oxundu.
Az qala onu vuracaqdıq...

İsrail zabitləri və onların rusiyalı həmkarları Suriyada “qaynar xətdə” rus dilində ünsiyyət saxlayırlar.

Gunaz.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində İsrailin sabiq müdafiə naziri Moşe Yaalon bildirib.

O qeyd edib ki, bu ünsiyyət bir dəfə ciddi insidentin qarşısını almağa kömək edib. Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus təyyarə az qala yəhudi dövlətinin ərazisinə daxil olacaqmış:

“Biz elə bildik ki, bu, Suriyaya məxsus təyyarədir. Az qala onu vuracaqdıq. Ancaq sonra başa düşdük ki, Rusiyaya məxsusdur. Dərhal “qaynar xətt” vasitəsilə Xmeymim aviabazası ilə əlaqə yaratdıq. Bildirdik ki, sizin təyyarə bizim hava məkanına daxil olmaqdadır. Ehtiyatlı olun! Məsələ qısa zamanda həll olundu.

Rus dili vasitəsilə “Xmeymim”lə təcili əlaqə saxlamağımız ciddi insidentin qarşısını almağımıza kömək etdi”.

Qeyd edək ki, M.Yaalon 2012-2016-cı illərdə İsrailin müdafiə naziri olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ