SON DƏQİQƏ
» » Sərkisyanın verdiyi addan imtina edənlər - Siyahı

Sərkisyanın verdiyi addan imtina edənlər - Siyahı

Tarix:

4-05-2018, 17:31

/ 10 346 dəfə oxundu.
Sərkisyanın verdiyi addan imtina edənlər - Siyahı

Ermənistanda bir sıra xalq artisti, həmçinin əməkdar artist onlara verilmiş fəxri addan imtina ediblər.

Teleqraf.com xəbər verir ki, onlar bu addımı hakimiyyətə etiraz əlaməti olaraq atıblar.

Ümumi sayının 23 nəfər olduğu bildirilən tanınmış incəsənət xadimlərinin kimliklərini araşdırmaq qərarına gəldik.

Bunlardan biri “Kadens” musiqili mərkəzinin təsisçisi və icraçı direktoru Nika Babayandır. O, Ermənistanın əməkdar artisti fəxri adından imtina etdiyini bildirib.

ABŞ-da yaşayan müğənni Erna Yüzbaşyan də Ermənistanın əməkdar artisti adından imtina edib.

“Düşünürəm ki, xoşbəxtlik və firavanlıq medallardan və titullardan öndə dayanır. Mən əməkdar artist adından imtina edirəm”, deyə E.Yüzbaşyan özünün Feysbuk səhifəsində bildirib.

Oxşar bəyanatla Ermənistanın əməkdar artisti, aktyor Mkrtıç Arzumanyan çıxış edib. O, İnstaqram hesabında yazıb: “Silahsız dinc insanlara qarşı gücdən istifadə edilməsini pisləyirəm və əməkdar artist adından imtina edirəm”.

Ermənistan hakimiyyətinə qarşı çıxanlardan biri də Rusiyada yaşayan erməni mənşəli yazıçı Narine Abqaryandır. O, Ermənistandakı etirazçıları dəstəkləyib və baş verənlərdə keçmiş prezident və baş nazir Serj Sərkisyanı ittiham edib.

Ermənistanın incəsənət xadimlərinin mədəniyyət naziri səlahiyyətlərinin icraçısı Armen Əmiryandan xalq hərəkatına qoşulmağı tələb etmələri isə sonda – mayın 2-də nazirin istefa verməsi ilə nəticələnib. Faktı təsdiqləyən nazirliyin mətbuat katibi Ruzanna Xaçatryan istefanın nə ilə bağlı olduğunu açıqlamayıb.

Bu gün onun yerinə təyinat olub. Baş nazir səlahiyyətlərinin icraçısı Karen Karapetyanın imzaladığı əmrlə mədəniyyət nazirinin müavini Artur Poqosyana müvəqqəti olaraq nazir səlahiyyətlərinin icrası tapşırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ