SON DƏQİQƏ

Çin ABŞ qırıcılarına lazerlə hücum edib

Tarix:

4-05-2018, 08:00

/ 10 224 dəfə oxundu.
Çin ABŞ qırıcılarına lazerlə hücum edib

Çinin Cibutidəki hərbi bazasının əsgərləri  ABŞ hərbi təyyarələrinin uçuşuna maneə yaratmaq üçün lazerlərdən istifadə edib.

Gunaz.az oxu.az-a istinadən bildirir ki, ABŞ KİV-də yayılan bu xəbəri Pentaqonun rəsmi nümayəndəsi Dana Uayt da təsdiqləyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton artıq insidentlə bağlı Çinə nota göndərib və Pekinin məsələyə aydınlıq gətirməsini tələb edib. Uayt bildirib ki, lazerlə tuşlama nəticəsində pilotların həyatına ciddi təhlükə yaranıb.

İddiaya görə, lazerli hücum zamanı iki amerikalı pilot zərər çəkib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ