SON DƏQİQƏ
» » Aİ və İran arasında məsləhətləşmələr keçirilib

Aİ və İran arasında məsləhətləşmələr keçirilib

Tarix:

4-05-2018, 00:39

/ 10 351 dəfə oxundu.
Aİ və İran arasında məsləhətləşmələr keçirilib

Bu gün Romada İran və Aİ ölkələrinin iştirakı ilə bölgə və Yəməndəki vəziyyətə həsr olunmuş siyasi məsləhətləşmələr aparılıb.

Gunaz.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Aİ xarici siyasət xidmətinin yaydığı məlumatda bildirilir. Məlumata görə, tərəflər Brüsseldə eyni formatda görüşün keçirilməsinə dair razılığa gəliblər.  

Məsləhətləşmələr  Aİ xarici siyasət xidmətinin baş katibi Helqa Şmidin sədrliyi ilə keçirilib. Görüşdə Almaniya, İtaliya, Britaniya və Fransa XİN-nin rəhbər şəxsləri iştirak edib.

İran nümayəndə heyətinə xarici işlər nazirinin müavini Hüseyn Cabir Ənsari rəhbərlik edib.  

Qeyd edək ki, bundan əvvəl analoji görüş 2018-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ