SON DƏQİQƏ
» » İran XİN Netanyahunun ittihamlarını “gülünc şou” adlandırıb

İran XİN Netanyahunun ittihamlarını “gülünc şou” adlandırıb

Tarix:

1-05-2018, 09:38

/ 10 367 dəfə oxundu.
İran XİN Netanyahunun ittihamlarını “gülünc şou” adlandırıb

İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı İsrailin baş naziri Benyamin Netanyahunun son bəyanatlarını “gülünc şou” adlandırıb.

Gunaz.az-ın məlumatına görə, bu barədə ISNA agentliyi xəbər verib.

“Bu bəyanat gülüncdür. Netanyahunun Trampın Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı qərarını gözləməsi bunun bir teatr olduğunu göstərir. İsrail isə səhnədə ən yüksək səviyyədə rol oynadı”, deyə Abbas Əraqçı qeyd edib.

Qeyd edək ki, ötən gün Netanyahu rəsmi Tehranı nüvə silahlarının istehsalına dair arxivləri gizlətməkdə və gələcəkdə nüvə istehsalını bərpa etmək niyyətində olmaqda günahlandırıb.

Donald Tramp isə növbəti dəfə İranın nüvə proqramına dair razılaşmanın pozulmasını istisna etməyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ