SON DƏQİQƏ

Dünyanın diqqəti Netanyahuda - Saatlar qaldı

Tarix:

30-04-2018, 20:32

/ 10 393 dəfə oxundu.
Dünyanın diqqəti Netanyahuda - Saatlar qaldı

İsrailin baş naziri Benyamin Netanyahu bu axşam İranla nüvə razılaşmasına dair önəmli bir məlumatı açıqlayacaq.

Gunaz.az xəbər verir ki, bu haqda İsrailin “Kanal 10” telekanalından Barak Ravid bildirib.

Onun sözlərinə görə, Benyamin Netanyahu İranın nüvə sazişini pozub yalan söylədiyinə və nüvə proqramınını davam etdirdiyinə dair yeni kəşfiyyat məlumatlarını açıqlayacaq. Xəbərdə Netanyahunun aprelin 29-da ABŞ-ın dövlət katibi, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Maykl Pompeonu qəbul etməsinə diqqət çəkilib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranla 2015-ci ildə imzalanan nüvə razılaşmasının yenidən hazırlanmalı olduğunu bəyan edib. Onun sözlərinə görə, əks halda ölkəsi razılaşmadan çəkiləcək. ABŞ prezidenti Donald Tramp sazişi “ölkə tarixinin ən pis razılaşması” adlandırıb. O, Böyük Britaniya, Almaniya və Fransa ilə müzakirələrin nəticəsinə görə 12 may tarixindən gec olmayaraq İranın nüvə proqramı üzrə sazişdə qalıb-qalmayacağı barədə qərarını elan edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ