SON DƏQİQƏ
» » Səudiyyə Ərəbistanı Gürcüstanda səfirlik açacaq

Səudiyyə Ərəbistanı Gürcüstanda səfirlik açacaq

Tarix:

29-04-2018, 22:52

/ 10 295 dəfə oxundu.
Səudiyyə Ərəbistanı Gürcüstanda səfirlik açacaq

Bu ilin mayında Səudiyyə Ərəbistanı Gürcüstanda səfirlik açacaq.

Gunaz.az xəbər verir ki,  Bu, Gürcüstanın Səudiyyə Ərəbistanındakı səfiri Georgiya Cancqavanın Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin nümayəndəsi ilə görüşdə məlum olub.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəsmi notasında bildirilib ki, Səudiyyə Ərəbistanı və Gürcüstan arasında mövcud münasibətlər və tərəflərin bu münasibətlərin inkişafı arzulamasını nəzərə alınaraq, 2018-ci ilin mayında Səudiyyə Ərəbistanının Tbilisidə səfirliyi açılacaq.

Qeyd edək ki, Gürcüstan və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər 27 may 1994-cü ildə qurulub. İndiyə qədər Səudiyyə Ərəbistanının Gürcüstandakı səfirinin iqamətgahı Bakıda yerləşib. Başqa sözlə, Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri həm də bu ölkənin Gürcüstandakı səfiri səlahiyyətlərini icra edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ