SON DƏQİQƏ

Lavrovla Çavuşoğlu Moskvada görüşdü

Tarix:

28-04-2018, 15:36

/ 10 382 dəfə oxundu.
Lavrovla Çavuşoğlu Moskvada görüşdü

Türkiyənin XİN rəhbəri Mevlud Çavuşoğlu Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Gunaz.az xəbər verir ki, iki nazir regional məsələləri müzakirə edib.

Moskvada nazirlərin görüşündən əvvəl heyyətlər arası görüş keçirilib. Lavrov açıqlamasında deyib:
“Hörmətli nazir, dəyərli həmkarlar. Moskvada sizi görməkdən çox məmnun olduq. Bizim çox yaxşı siyasi dialoqumuz var. 14 mart tarixində sizlə birlikdə ortaq bir strategiya iclası keçirdik. Sonra isə 3 apreldə iki ölkə liderlərinin görüşü keçirildi. İki liderimiz bir-biri ilə müntəzəm əlaqə saxlayır.

Bu gün sizinlə ikitərəfli münasibətləri müzakirə edirik. Bundan başqa siyasi mövzulara da toxunaraq Suriya mövzusunu da Astana görüşü formatına uyğun olaraq müzakirə edəcəyik”.

скачать dle 12.1

Şərhlər