SON DƏQİQƏ

Yəmən bombalandı: 20 dinc sakin ölüb

Tarix:

23-04-2018, 11:50

/ 10 301 dəfə oxundu.
Yəmən bombalandı: 20 dinc sakin ölüb

 

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin şimal-qərbinə zərbələr endirib.

Gunaz.az  xəbər verir ki, insident nəticəsində 20 dinc sakin həlak olub, 40 nəfər xəsarət alıb. Bu məlumatı “Əl Masirah” kanalı yayıb.

Kanalın xəbərinə əsasən, hadisə Haca vilayətində baş verib. Mərmi toy keçirilən evə düşüb. Koalisiyanın hücumundan əvvəl Yəmənin “Ənsər Allah” üsyançı hərəkatı Səudiyyə Ərəbistanı istiqamətində iki raket atıb. Krallığın hava hücumundan müdafiə sistemi raketin birini havada zərərsizləşdirib. İkinci raket isə səhraya düşüb.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ