SON DƏQİQƏ
» » Dünən İrəvanda mitinqə 10 min adam toplaşıb

Dünən İrəvanda mitinqə 10 min adam toplaşıb

Tarix:

23-04-2018, 09:50

/ 10 327 dəfə oxundu.
Dünən İrəvanda mitinqə 10 min adam toplaşıb

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın baş nazir seçilməsinə qarşı İrəvanın mərkəzindəki Respublika meydanında keçirilən mitinqə 10 min etirazçı toplaşıb.

Gunaz.az RİA "Novosti"yə istinadən xəbər verir ki, son on gündə ilk dəfə olaraq ənənəvi mitinq etirazçıların rəhbərləri olmadan keçirilib.

Hələ şənbə günü Armen Qriqoryan və David Sanasaryan, bazar günü isə deputatlar Nikol Paşinyan, Sasun Mikaelyan və Ararat Mirzoyan saxlanılıb.

Hələ ki, etirazlara Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqavilə" partiyasının idarə heyətinin üzvü Alen Simonyan rəhbərlik edir. Lakin mitinqdə kimin natiq olacağı hələ ki, aydın deyil.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ