SON DƏQİQƏ

23 xadim Sərkisyandan imtina etdi

Tarix:

23-04-2018, 08:40

/ 10 273 dəfə oxundu.
23 xadim Sərkisyandan imtina etdi

Bu gün Ermənistan saytlarını xeyli araşdırdım, müxtəlif mənbələrə baxdım, vəziyyət ciddidir.

Gunaz.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. Ekspertin sözlərinə görə, polislər avtobus sürücülərini həbs edilənləri polis məntəqəsinə aparmağa məcbur edə bilmirlər:

"Sürücülər imtina edirlər. Sərkisyan kimə xalq və əməkdar artist adı vermişdisə, hamısı bu adlardan imtina ediblər, tək bu gün 23 nəfər bu addımı atıb. Digər tərəfdən, universitet müəllimləri, professorlar tələbələrə dəstək verib, tətil elan ediblər, kilsə hakimiyyəti xalqı dinləməyə çağırıb. Eyni zamanda, ölkədə yayımlanan bir neçə TV kanal etirazları canlı göstərir. Bir neçə şəhərin, rayonun bələdiyyə sədri etirazçılara qoşulub”.

Ekspert bildirib ki, korrupsioner və cani olan Sərkisyan otellərin birində etirazçıların lideri ilə görüşdə tənqidə dözməyib görüşdən qaçdı:

“Bundan sonra parlamentin bir neçə deputatı etirazçılara qoşulduğunu elan etdi. Hazırda İrəvanın mərkəzində 200 minə yaxın insanın iştirakı ilə etiraz mitinqi keçirilir”.

Ekspert vurğulayıb ki, ermənilər Sərkisyanı qovub demokratik, qərbyönümlü hakimiyyət qura bilərlər.

Xatırladaq ki, bu gün günorta saatlarında müxalif liderlər Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikayılyan həbs edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ