SON DƏQİQƏ

Qatardakı ilan aləmi bir-birinə qatdı

Tarix:

22-04-2018, 10:00

/ 10 253 dəfə oxundu.
Qatardakı ilan aləmi bir-birinə qatdı

Avstraliyanın Kiama şəhərindən Sidneyə hərəkət edən sərnişin qatarında ilan aşkar olunub.

Gunaz.az-ın məlumatına görə bu barədə lenta.ru saytı “The Sydney Morning Herald”a istinadən xəbər verir. İlanı oturacaqların altında aşkar ediblər. Bu fakta görə qatarı saxlamasalar da, sərnişinlərin yerini dəyişiblər. Vaqonda adam qalmayanda isə onu bağlayıblar. Sidney avtovağzalına gələndə mütəxəssis vaqona baxış keçirib və heyvanı tutub. Məlum olub ki, bu, Çildren cinsindən olan pitondur. Bu növün təmsilçiləri zəhərli deyil, bir metrə qədər uzanır və insanlar üçün heç bir təhlükə təşkil etmirlər. 13 apreldə isə məlum olub ki, Avstraliyada bir ilanı narko asılılıqdan xilas ediblər. Avstraliyada ilanın 170 növü mövcuddur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ