SON DƏQİQƏ
» » Dünyada böyük sayda əhalinin danışdığı qohum dillər qrupu-TÜRK DİLLƏRİ

Dünyada böyük sayda əhalinin danışdığı qohum dillər qrupu-TÜRK DİLLƏRİ

Tarix:

21-04-2018, 11:45

/ 12 081 dəfə oxundu.
Dünyada böyük sayda əhalinin danışdığı qohum dillər qrupu-TÜRK DİLLƏRİ

Türk dilləri ailəsi 41 dil, ləhcə və ya şivədən ibarətdir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Başqırdıstan, Tatarıstan, Tuva, Çuvaş, Yakutiya, Dağlıq Altay və Xakas yerli əhalisinin, eləcə də İran, İraq, Əfqanıstan, Çin, Bolqarıstan, Rumıniya, keçmiş Yuqoslaviya və Albaniyanın bir sıra xalqlarının genoloji (mənşəcə) və tipolji cəhətdən qohum dilləri.

Keçmiş SSRİ-də türkdilli xalqlar slavyan xalqlarından sonra II yeri tuturdu və SSRİ-də bu dil ailəsinə mənsub 23 dil mövcuddur. Türk dilləri qismən Dağıstanda (Qumuqlar, Noqaylar), Kabarda-Balkar, Qaraçay-Çərkəz (Balkarlar, Qaraçaylılar, Noqaylar), Stavropolda (Noqaylar, Truxmenlər), Moldoviyada (Qaqauzlar), Litvada (Kəraimlər, Tatarlar), Krım (Krım tatarları) və s. yerlərdə də yayılmışdır. Türk dillərinin hansı dillər ailəsinə daxil olması indiyədək müəyyənləşdirilməmişdir. Alimlərin bir qismi onları Ural-Altay, digər qismi isə Altay dillərinə daxil edirlər. Türk dilləri qrupunu müstəqil dil ailəsi hesab edənlər də var.

Hazırda bu dil ailəsi 280 milyon insanın doğma dilidir.

Senan Qılıncarslan

 

 

 

скачать dle 12.1

Şərhlər