SON DƏQİQƏ
» » Qəzzada qanlı toqquşmalar: 4 ölü, 645 yaralı var

Qəzzada qanlı toqquşmalar: 4 ölü, 645 yaralı var

Tarix:

21-04-2018, 07:26

/ 10 368 dəfə oxundu.
Qəzzada qanlı toqquşmalar: 4 ölü, 645 yaralı var

Qəzzada İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalarda nəticəsində 4 nəfər ölüb, 645-i xəsarət alıb.

Gunaz.az  “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf Əl Kedra məlumat verib.

Məlumata görə, yaralılardan 125-i əsl güllə ilə yaralanıb və onlardan 5-nin vəziyyəti ağırdır.

Baş verən iğtişaşlarda və qarşıdurmalarda təxminən üç min fələstinli iştirak edir. Ötən həftə isə nümayişçilərin sayı 10 minə çatıb.

Qeyd edək ki, martın 30-dan etibarən Qəzza zolağında “Böyük qayıdış yürüşü” adlı kütləvi etiraz aksiyasına start verilib. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər. Yürüşdə məqsəd dünya ictimaiyyətinin diqqətini müxtəlif illərdə hazırkı İsrail ərazisində öz evlərindən qovulmuş fələstinlilərin probleminə cəlb etməkdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ