SON DƏQİQƏ

Yarım tonluq bomba tapılıb - ŞOK

Tarix:

20-04-2018, 11:29

/ 10 192 dəfə oxundu.
Yarım tonluq bomba tapılıb - ŞOK

Almaniyanın paytaxtı Berlində İkinci Dünya Müharibəsi dövründən qalmış yarım tonluq bomba səbəbiylə geniş miqyaslı axtarışlar başladılıb.

Şəhərin mərkəzi dəmiryol vağzalı Hauptbahnhofun yaxınlığında olan bombanın idarəli bir şəkildə partladılması üçün səhər saatlarından etibarən binalar boşalıdılıb.

Heidestrasse səmtində 800 metr ərazini əhatə edən sahədə qatar stansiyası ilə yanaşı nazirlik binaları, səfirliklər, xəstəxanalar, gizli xidmət binaları və muzeylər yerləşir. Səfirlik binaları İndoneziya və Özbəkistana aiddir.

İngilis istehsalı bombanın gün içində olduğu yerdən götürülməsi gözlənilir.

1939-1945 –ci illər arasında davam edən müharibədə partlamamış minlərlə bomba hər il tapılır.

Almaniyada son olaraq bu ayın əvvəllərində yenə Berlindəki mərkəz qatar stansiyasının yaxınlığında 100 kq-lıq bir bombaya rast gəlinmişdi.

Frankfurtda keçən il Sentyabr ayında ortaya çıxaran 1,5 tonluq bomba səbəbindən 65 min insan evlərini tərk etmək məcburiyyətində qalmışdı.

 

 

 

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ