SON DƏQİQƏ

İraq Suriyanı bombalayır

Tarix:

19-04-2018, 22:51

/ 10 248 dəfə oxundu.
İraq Suriyanı bombalayır

İraq hərbi hava qüvvələri Suriyada İŞİD yaraqlılarına aid mövqeləri bombalayıb.

Gunaz.az bildirir ki, bunu İraq müdafiə nazirliyinin rəsmisi Tahsin əl-Həfəci  “RİA Novosti”yə verdiyi açıqlamada bildirib.

“Hava zərbələri dəqiq olub və Suriya ərazisində Fərat çayının şərq sahilində olan rayonlara cəmləşmiş İŞİD yaraqlılarını və onların komanda məntəqəsini məhv edib.”, - deyə rəsmi bildirib.

Onun sözlərinə görə, hava reydləri Rusiya, İran və Suriyanın daxil olduğu birgə təhlükəsizlik mərkəzi ilə əlaqələndirilib.

Terrorçuların fəaliyyətinin monitorinqini aparan “Directorate 4” təşkilatının “Telegram” kanalına görə, əməliyyata İraq HHQ-nin 9-cu eskadrilyasının “F-161Q” qırıcıları cəlb olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ