SON DƏQİQƏ
» » Ermənistan ordusunda növbəti qanlı insident…

Ermənistan ordusunda növbəti qanlı insident…

Tarix:

16-04-2018, 21:51

/ 10 293 dəfə oxundu.
Ermənistan ordusunda növbəti qanlı insident…

Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində baş verən növbəti qanlı insident nəticəsində daha bir erməni əsgəri ölüb.

Gunaz.az xəbər verir ki, hadisəyə səbəb ön xətt bölmələrində mühəndis-istehkam işləri yerinə yetirən hərbçilərlə döyüş növbəsi çəkən bölüyün əsgərləri arasında yerlibazlıq zəminində baş vermiş mübahisə olub.

Ermənistanın Geqarkunik vilayətinin Martuni rayonundan hərbi xidmətə çağrılan Alik Karapetyan Qarabağdan olan snayper manqasının komandiri Armik adlı hərbçi tərəfindən odlu silahla vurulub. Təcili yardım maşını ilə Ağdərə xəstəxanasına çatdırılan əsgərə ilkin tibbi yardım göstərildikdən sonra hərbi hospitala göndərilib. Yaralı əsgər barədə hərbi polisə məlumat verən növbətçi tibb bacısının bildirdiyinə görə, hərbi qulluqçu çoxlu qan itirib.

Hərbi hissə komandiri Stepanyana verilən məlumatda xəstəxananın kardioloqu və hərbi həkim Azaryanın da faktı təsdiq etdiyi bildirilir. Həkimlərin səyinə baxmayaraq, ağır yaralanmış A.Karapetyanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər